Qəbul imtahanı gərgin olacaq:  Abituriyentlərin DİQQƏTİNƏ!
23 may 2025 14:03 (UTC +04:00)

Qəbul imtahanı gərgin olacaq: Abituriyentlərin DİQQƏTİNƏ!

Artıq qəbul imtahanlarına sayılı günlər qalır. Yeni həyatlarına addım atmağa hazırlaşan abituriyentlər biliklərini blok imtahanlarında yoxlayacaqlıar.

İmtahana hazırlaşan namizədlər ən çox nələrə diqqət etməlidirlər?

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında bildirib ki, abituriyentlər son günlərdə DİM-ə məxsus test tapşırıqlarını daha çox işləməlidirlər:

“Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri üçün qəbul imtahanının birinci mərhələsi hesab olunan buraxılış imtahanında əvvəlki illərin məzunları ilə birlikdə 130 mindən çox abituriyent iştirak etdi. 

Mayın 25-i II və III, iyunun 1-də isə I və IV ixtisas qruplarına birinci cəhd blok imtahanı keçiriləcək. Həmçinin iyunun 1-də dil-tarix (DT) və  tarix-coğrafiya (TC) altqrupları üçün də imtahan keçiriləcək.

İmtahana sayılı günlər qaldığını nəzərə alan abituriyentlər hansı mövzulardan daha çox əziyyət çəkdiklərini müəyyənləşdirməlidirlər. Onlar hansı mövzuları daha zəif qavrayıblarsa, qalan günlərdə həmin mövzulara diqqət ayırmalıdırlar. Xüsusən son günlərdə DİM-ə məxsus test tapşırıqlarını daha çox işləməlidirlər.

İmtahana 1 gün qalmış hazırlıq prosesinin dayandırılması daha faydalıdır. Həftənin şənbə günü dərsliyə baxmaq yerinə, onlar yuxu rejiminlərinə fikir verməlidirlər. Yuxusuz imtahana daxil olmaq uğur qazanmağa birbaşa maneə olur. 

Yuxuyla eyni səviyyədə vacib olan digər amil qidalanmadır. Düzgün qidalanma həzm sistemində narahatlıq yaratmadığı üçün abituriyent imtahanda daha rahat olur.

İmtahana gedərkən bütün sənədlərin qaydasında olduğuna baxmaq, eləcə də təlimatlara uyğun binaya daxil olmaq vacibdir.

Onlar imtahan gedişatında cavab kartları ilə işləyərkən maksimum diqqətli olmalı, vaxt bölgüsünü diqqətdə saxlamalıdırlar. 

İmtahanda nə özlərindən köçürməyə, nə də özləri köçürtməyə şərait yaratmamalıdırlar”.

“Bu il bu il qəbulda müsabiqə vəziyyəti gərgin olacaq”,- deyə E.Əfəndi qeyd edib:

“Ötən illə müqayisədə bu il I ixtisas qrupunda 2000 nəfərə yaxın, II ixtisas qrupunda 2000-dən, III ixtisas qrupunda isə 3000 nəfərdən çox artım olub. IV ixtisas qrupunda isə təxminən 1000 nəfərə yaxın namizəd artıqdır. 

Bu rəqəmlər onu deməyə əsas verir ki, bu il qəbulda müsabiqə vəziyyəti gərgin olacaq. 

Cari ilin abituriyentlərinin ötənilkilərlə müqayisədə buraxılış imtahanı göstəriciləri yaxşıdır. 

Blok imtahan nəticələri də yüksək olduğu təqdirdə, tədris ingilis dilində, eləcə də, əmək bazarında tələbat olan prestijli ixtisasların keçid ballarında artımlar isitsna deyil. 

İmtahanda sualların cavablandırılması daha güclü hazırlaşan abituriyentlər üçün əlçatan, qismən yaxud da hazırlığı zəif keçən abituriyentlər üçün çətin olacaq”.

Psixoloq Aydan Məmmədova Lent.az-a açıqlamasında imtahanda həyəcana qalib gəlməyin yollarından danışıb:

“İmtahanda həyəcanın olması normal haldır. Burada əsas məsələ həyəcanın qəbul edilməsidir. Həyəcanı nə qədər qəbul etməyi bacarsaq, imtahanda da, onu idarə etmək rahat olacaq. 

Həyəcan və stress zamanı insan sağlam düşünə bilmir. O, bütün fikrini həyəcan üzərində fokuslayır. 

Fikri həyəcandan yayındırmaq və mövcud situasiyaya uyğunlaşmaq üçün nəfəs məşqləri vacibdir. İmtahan öncəsi 4-ə qədər sayıb, nəfər alıb, yenidən 4-ə qədər sayıb nəfəsi saxlayırıq və eyni qaydada nəfəsi veririk. Aldığımız havanın bronxlarımızdan, ağciyərlərimizdən keçdiyini hiss etmək həyəcanı tezliklə apara bilir. Nəfəsi isə sanki şam üfürürmüşcəsinə vermək lazımdır. 

Bu nəfəs texnikası həm stressi azaldır, həm də diqqəti bir nöqtəyə cəmləməyə yardımçı olur. 

Bəzən imtahan verəcək abituriyentlər əvvəlki illərin məzunlarından məsləhət almağa çalışırlar. “İmtahan necə keçdi”, “Qorxulu bir şey varmı?”, “Həyəcan olurmu?” və.s kimi suallar verirlər. Lakin anlamaq lazımdır ki, imtahana hazırlıq prosesi, eləcə də orada həyəcanın idarəedilməsi fərqlidir. Bu baxımdan da, hər kəsdən məsləhət almaq düzgün deyil.  İmtahan həyəcanı varsa və imtahanda o həyəcanı doğru şəkildə idarəetmək istəyiriksə, mütəxəssis köməyi almalıyıq.

Bəzən düşünülür ki, psixoloq məsləhət verən şəxsdir. Lakin psixoloq bu cür məsələlərdə idarəetməni şəxsin özünə buraxır. Sanki məsləhəti bir başqası yox, abituriyent özünə verir. 

İmtahanda “bildiyimi unuduram” qorxusunu buraxmaq lazımdır. Bu düşüncə bildiklərimizə də bariyer yaradaraq, olanları da unutmağımıza səbəb olur. Belə olduqda, insanın özünə güvəni də azalır ki, “onsuz da bildiklərimi unudacam”.  

Şüuraltımız elə bir struktura malikdir ki, istəmədən də olsa, onu idarə edə bilirik. İstifadə etdiyimiz yanlış ifadələri də şüuraltımız kodlayaraq oxşar situasiyaları yaşamağımıza gətirib,çıxarır”. 

A.Məmmədova qeyd edib ki, imtahanda kodlaşdırmanı ən sonda etmək çox yanlış addımdır:

“İmtahanda həyəcan vaxt məhdudiyyəti məsələsinə görə də yarana bilir. Əslində 3 saatı səmərəli istifadə etmək mümkündür. Əvvəlcə sualları asan, orta və çətin olaraq qruplaşdırmaq lazımdır. Daha sonra asan sualları (yəni şəxs üçün hansı daha asan yazıla bilərsə), daha sonra orta və çətin olmaqla suallar yazılmalıdır. Hər sual yazılarkən dəqiqliyindən əmin olmaq lazımdır. 

Abituriyentlərin etdikləri səhvlərdən biri də sual kitabçasında qeydlər aparıb, ən sonda kodlaşdırma etmələridir. Burada problem odur ki, abituriyent vaxt qıtlığından “qaç-qov” salaraq, tələsik kodlaşdırma edir. Bəzən burada “sürüşdürmə” dediyimiz səhv olur ki, bu da bir yox, bir neçə sualın səhv olmasına səbəb olur.

Hər sualı yazıb, dəqiqliyindən əmin olaraq, kodlaşdırma etmək həm vaxt məhdudiyyəti, həm də düzgünlük baxımından faydalıdır. 

Sözsüz ki, heç də həmişə bütün suallardan əmin olmaq olmur. Risk edib hansısa variantı qeyd etdikdə, onun da doğru olmama payı olur. Əgər bir variant risk edilərək seçiləcəksə, ondan əvvəl digər əmin olunan suallar yazılmalıdır. Bu zaman riskli sualın cavabı da beyində formalaşa bilir.

Ümumiyyətlə bilmək lazıımdır ki, imtahan insanın dəyərini ölçən vasitə deyil. Dəyərimiz ölçülməyəcək həddədir. Bu baxımdan imtahanda nə qədər rahat olsaq, doğru sualların sayı da o qədər artacaq. Abituriyentlər bilməlidirlər ki, hər şey onların öz əlindədir. İmtahan o demək deyil ki, məzun olduğumuz il universitetə qəbul olmalıyıq. 30 yaşda belə, tələbə olmaq olar"

Bütün abituriyemtlərə uğurlar arzu edirik
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47