Məscid və ziyarətgahlarda din xadimlərinin təyinatı ilə bağlı müsahibələr keçirilir. Bu il din 44 vakansiya çıxarılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, onlardan 7-si qadınlar üçündür:
“Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır”.