Tanışını öldürüb meyitini dərəyə atan şəxsə 15 il HƏBS CƏZASI
16 oktyabr 2026 11:58 (UTC +04:00)

Tanışını öldürüb meyitini dərəyə atan şəxsə 15 il HƏBS CƏZASI

0

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elşən Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Lerik rayonunda baş verib.

Elşən Ağayev avtomobildə Şahin Şərifovun baş nahiyəsinə odlu silahdan atəş açıb, daha sonra onun meyitini dərəyə atıb.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, hərbi qulluqçu olan Elşən Ağayev Vətən müharibəsinin iştirakçısı olub, bir sıra medallarla təltif olunub.

Ona Cinayət Məcəlləsinin 120.1, 177.2.2, 177.2.4, 228.2.2, 232.2.2, 232.2.3 və 245-ci maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar