Qadın iki məhsulun köməyi ilə 64 kilo arıqladı
11 iyul 2024 14:57 (UTC +04:00)

Qadın iki məhsulun köməyi ilə 64 kilo arıqladı

ABŞ-ın Tennessi ştatından olan 38 yaşlı iki uşaq anası Andrea Pens iki il ərzində qida qəbulunu ciddi şəkildə məhdudlaşdırmadan, daha çox sevdiyi qatıq və simitdən istehlak edərək təxminən 64 kq arıqlayıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, sadəcə zülal qəbulunu artırıb və kalorilərini izləməyə başlayıb.

Andrea etiraf edib ki, əvvəllər hətta yeriyərkən də daimi yorğunluq, oynaq ağrıları və nəfəs darlığı ilə üzləşib. Bir gün o, özünü idarə etmək qərarına gəlib və təxminən 40 kq arıqlamağı qarşısına məqsəd qoyub.

Kaloriləri izləmək üçün xüsusi mobil proqramdan istifadə edərək o, pəhrizində kifayət qədər protein olmadığını anlayıb. Diyetoloqlar gündə təxminən 100 qram protein istehlak etməyi məsləhət görürlər (çəkidən asılı olaraq).

İndi Andrea səhər yeməyində yunan qatığı yeyir, nahar və şam yeməyində isə zülallı yeməklərə üstünlük verir. Amma sevimli simit və şirniyyatlardan imtina etmir.

Pens, bu yanaşmanı uzunmüddətli uğura nail olmaqda kömək etdiyini bildirir. Yeni pəhrizi sayəsində o, yuxu apnesindən xilas olub və hər gün idman etmək üçün daha çox enerji hiss edir.

Andrea pəhriz mədəniyyətini də tənqid edib. O bildirib ki, burada insanlar porsiya nəzarəti ilə ləzzətli yeməklərdən zövq ala bildikləri zaman özlərini aşağı kalorili yeməklərlə məhdudlaşdırırlar.

O deyir ki, əvvəllər meyvə və qranola kimi "sağlam menyular"a keçməklə belə arıqlaya bilmirdi. Çünki onların kalorili məzmununu düzgün qiymətləndirmirdi. İndi o, hətta “fast food”dan da imtina etmir.

"Çizburqer istəsəm, yeyərəm", - deyə Andrea əlavə edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3426
avatar

Sevinc Fərid

Oxşar yazılar