Pul  xoşbəxtlik   gətirirmi? - ARAŞDIRMA
07 yanvar 2024 16:42 (UTC +04:00)

Pul xoşbəxtlik gətirirmi? - ARAŞDIRMA

ABŞ-da aparılan bir araşdırmada “Pul xoşbəxtlik gətirirmi?” sualına cavab axtarılıb. Araşdırmaya görə, amerikalıların 60 faizi pulun xoşbəxtlik gətirəcəyinə inanır.  

Lent.az xarici mediaya istinadən bildirir ki, sorğunun nəticələrinə görə, amerikalıların böyük əksəriyyəti - 60 faizi pulla xoşbəxtliyi satın ala biləcəyinə inanır. Anketə qatılan insanlar arasında maddi xoşbəxtliyin dəyərini təyin etmək üçün ortaya çıxan orta rəqəm 1,2 milyon dollar olaraq təyin olunub. Bu məbləğ amerikalıların maliyyə xoşbəxtliyi üçün ideal hesab etdikləri sərvətin göstəricisi kimi ortaya çıxır. 

Bu onu göstərir ki, insanlar arasında müəyyən sərvət xoşbəxtliyin açarı kimi qəbul edilir. Sorğuda iştirak edən 10 nəfərdən 7-si “Pul bütün problemləri həll edir” fikrini bölüşür.  

Amerikalıların yaxşı maaş gözləməsi ildə orta hesabla 285 min dollar olaraq təyin olunur. Sorğuda iştirak edənlər arasında Y nəslinin gözləntiləri ildə 500 min dolları keçir. Ən aşağı maaş gözləntisi ildə 130 min dollar olaraq müəyyən edilir və bu rəqəm X nəslindən olan iştirakçıların gözləntilərini əks etdirir. 

Anket iştirakçıları arasında xoşbəxtliyə aparan yol kimi vaxtında ödənilən hesablar, borcsuz yaşayış və gündəlik dəbdəbəli xərclər ön plana çıxır. Bu nəticələr onu deməyə əsas verir ki, maddi rifah və maddi təminat insanlar arasında ümumi xoşbəxtlik mənbəyi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7224
avatar

Oxşar yazılar