Piyadalara yol verməyən sürücülərin cəriməsi nə qədərdir?
07 iyul 2021 16:30 (UTC +04:00)

Piyadalara yol verməyən sürücülərin cəriməsi nə qədərdir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu piyadalara yol verməyən sürücülərlə bağlıdır.

Demək olar ki, hər gün respublika ərazisində piyada ölümü ilə nəticələnən yol qəzaları barədə mediada məlumatlar paylaşılır. Bəzən bu qəzalara piyadaların keçiddən istifadə etməməsi səbəb olsa da, sürücü səhlənkarlığı nəticəsində də anoloji hadisələr baş verir. 

Bəs görək, ölkə qanunvericiliyinə əsasən, piyadalara yol verməyən sürücülərə qarşı hansısa cəza tədbiri nəzərdə tutulub?

Rubrikamızın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, piyada keçidinə yaxınlaşarkən sürücülər avtomobilin sürətini azaltma və piyadalara yol verməlidir:

“Qanunvericiliyə əsasən, həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməlidir. Avtomobil idarə edənlər bu qaydaya əməl etmədiyi halda onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsi ilə inzibati tənbeh tədbiri nəzərdə tutulur. Həmin sürücülər 50 manat məbləğində cərimələnir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3279
avatar

Mehman Nəbiyev

Oxşar yazılar