Pis hava şəraiti səbəbindən  10 nəfər öldü  -  VİDEO
28 noyabr 2023 19:21 (UTC +04:00)

Pis hava şəraiti səbəbindən 10 nəfər öldü - VİDEO

Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 10 nəfər ölüb, 23 nəfər, o cümlədən uşaqlar yaralanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

Daxili İşlər Nazirliyinin əməliyyat məlumatlarına əsasən, Odessa, Xarkov, Nikolayev vilayətlərində və Kiyevdə tufan və qar nəticəsində 10 nəfər ölüb, ikisi uşaq olmaqla 23 nəfər yaralanıb.

Odessa vilayətində Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri 162-si uşaq olmaqla 2498 nəfərə yardım göstərib. Əlverişsiz hava şəraiti nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Nikolayev vilayətində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Nazir bildirib ki, pis hava şəraitinin nəticələrinin aradan qaldırılması üçün milli və regional qərargahlar işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5508
avatar

Oxşar yazılar