Ötən il 90 erkən evliliyin  qarşısı alınıb
19 may 2026 15:25 (UTC +04:00)

Ötən il 90 erkən evliliyin qarşısı alınıb

0

2025-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub.

Lent.az  xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.

2024-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı  402 nəfər azalaraq 1279-dan 877-yə düşüb.

Qeyd edək ki, hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.
 
Nəzərə çatdırılıb ki, Daxili İşlər Nazirliyi tərəfindən keçən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. 

Həmçinin 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqqında müvafiq məsuliyyət tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar