Ölkədən çıxanda bu qədər rüsum ödənəcək
12 avqust 2024 05:40 (UTC +04:00)

Ölkədən çıxanda bu qədər rüsum ödənəcək

Türkiyədə yeni qanuna görə ölkədən çıxaraq xaricə getmək istəyən vətəndaşlar 12 avqust 2024-cü il bazar ertəsi günündən etibarən 500 TL (25.35 AZN) ödəniş edəcəklər.

Lent.az xəbər verir ki, son zamanlar Türkiyədə ən çox müzakirə olunan mövzulardan olan beynəlxalq çıxış rüsumunun artırılması məsələsi olub.

Belə ki, vergi qanunlarına və bəzi qaydalara olunan dəyişikliklər 2 avqust 2024-cü il tarixində Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minmişdi.

Dəyişikliklərə əsasən ölkəni tərk edərkən ödənilən rüsum 150 lirədən 500 lirəyə qaxıb.

Qərar qüvvəyə minəndən 10 gün sonra; yəni bu gündən tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3672
avatar

Oxşar yazılar