Ölkədə tüğyan edən xəstəlik: Necə qorunmalıyıq? - İNFEKSİONİST DANIŞDI
10 yanvar 2024 09:41 (UTC +04:00)

Ölkədə tüğyan edən xəstəlik: Necə qorunmalıyıq? - İNFEKSİONİST DANIŞDI

Son günlərdə havaların kəskin şəkildə soyuması ilə insanlar arasında müxtəlif növ viruslar yayılıb. Hazırda virusa yoluxan insanlarda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri ilə xəstələnmə halları müşahidə edilir.

Maraqlıdır, görəsən, bu cür viruslardan qorunmaq üçün nə etməliyik?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, inefksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyası ilə yoluxma hallarına təsadüf edilir. 

Onun sözlərinə görə, bunlar hava-damcı üsuli ilə yayılan virus infeksiyaları olub hər il təkrarlanır:

“İldən-ilə bu hal təkrar olunsa da, müəyyən vaxtlarda hansısa respirator virusa daha çox yoluxma halları müşahidə olunur. Ayrı-ayrı illər üzrə qeydə alınan xəstələnmə hallarının saylarını müqayisə etdikdə bu ildə hələ ki, əhəmiyyətli fərqin olmadığını qeyd etmək olar. Nəzərə almaq lazımdır ki, qrip və digər respirator virus infeksiyalarına həm böyüklər, həm də uşaqlar yoluxaraq xəstələnir, lakin kiçik yaşlı uşaqlar, ahıl insanlar və ağır xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxildir və onlarda xəstəliyin gedişi ağır və fəsadlarla ola bilər. Respirator virus infeksiyalarından qorunmaq yolları universaldır. Əhali bu qaydalarla kifayət qədər maarifləndirilir. Xüsusilə risk qrupuna daxil olan insanlar daha da diqqətli olmalı, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq durmalı, məsafə gözləməlidirlər. Bu mümkün olmadıqda və xüsusən ictimai nəqliyyatda maskadan istifadə etməli, əl gigiyenası qaydalarına əməl etməlidirlər. Qorunmaq üçün bu şəxslərin qripə qarşı vaxtında peynəd olunması tövsiyə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5484
avatar

Arzu Qurbanlı

Oxşar yazılar