Od çərşənbəsində hava necə keçir? - 23 dərəcə isti olub
05 mart 2024 10:09 (UTC +04:00)

Od çərşənbəsində hava necə keçir? - 23 dərəcə isti olub

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Abşeron yarımadasında və  bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüksək temperatur göstəricisi ötən il qeydə alınıb. Belə ki, temperatur iqlim normasından  7 dərəcə yüksək olub. Abşeron yarımadasında 18, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 15 dərəcə isti olub. 

“Bu il Od çərşənbəsində ölkə ərazisində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz, gündüz saatlarında bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə və səhər ölkənin bəzi ərazilərində zəif duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13 dərəcə isti olacaq”.

Od çərşənbəniz mübarək!

# 3525
avatar

Sevinc Fərid

Oxşar yazılar

Hadı Rəcəbli dəfn olundu

Hadı Rəcəbli dəfn olundu

17 aprel 2024 , 15:34
Azərbaycanda daha bir  keçmiş deputat   vəfat etdi

Azərbaycanda daha bir keçmiş deputat vəfat etdi

17 aprel 2024 , 14:36
Meteohəssas insanlar üçün sabahın  PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

17 aprel 2024 , 14:32
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

17 aprel 2024 , 13:59
Hadı Rəcəbli

Hadı Rəcəblinin ölüm səbəbi açıqlandı

17 aprel 2024 , 13:46
Sabah  28 dərəcə isti   olacaq -  HAVA PROQNOZU

Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU

17 aprel 2024 , 12:25
Ədliyyə Nazirliyində yeni təyinatlar

Ədliyyə Nazirliyində yeni təyinatlar

17 aprel 2024 , 12:18
Rusiyaya işləməyə gedənlərin  NƏZƏRİNƏ: yeni şərt var...

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni şərt var...

17 aprel 2024 , 11:36