Müğənni Nura Suri Xətai rayonu, Babək prospektində, "Babək Plaza"nın qarşısında avtomobillərin qanunsuz parklanması və nəticədə ərazidə süni tıxac yaranması ilə bağlı Yol Polisi İdarəsinə müraciət edib.
Lent.az xəbər verir ki, müğənninin şikayəti dərhal nəzarətə götürülüb və araşdırmalara başlanıb.
Polis ictimai dəstək üçün Nura Suriyə təşəkkür edib.