Xarakter əsasən insanın davranışını müəyyənləşdirir.
Temperament hətta yemək yeməyinizə təsir edə bilər.
Səhər yeməyi, nahar və ya şam yeməyi zamanı sizin və digər insanların davranışlarını təhlil edin.
Yeməyi nə qədər tez yediyinizi və dostlarınızın bunu nə qədər tez etdiyini xatırlayın.
Lent.az xarici mətbuata istinadən bildirir ki, əldə edilən məlumatlar sizə çox şey deyə bilər.
Tez yemək yeyən insan haqqında nə deyə bilərsiniz?
Tez yemək çox vaxt insanın iddialı olduğunu göstərir.
Yemək zamanı tələsik olan biri səbirsiz və əsəbi görünə bilər.
Bununla belə, birmənalı nəticələr çıxarmağa tələsməyin.
Yemək yeyərkən tələsmək tez-tez məcburən olur (insan bir yerə gecikir, vaxtı azdır və s.).
Yavaş yeyən insan haqqında nə deyə bilərsiniz?
Yemək zamanı tələskənliyin olmaması şüuraltıdan xəbər verə bilər.
Çox güman ki, söhbət mübahisələrdən nifrət edən və nəzakəti sevən məsuliyyətli və sakit bir insandan gedir.