Müəllim olmaq istəyənlərin narazılıqlarına RƏSMİ CAVAB
29 iyul 2021 12:10 (UTC +04:00)

Müəllim olmaq istəyənlərin narazılıqlarına RƏSMİ CAVAB

"Aparılan təhlillərin nəticəsinə görə, müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər də cavab vermədiyi məlum olub".

Lent.az məlumat verir ki, bu sözləri Təhsil İnstitunun Mərkəz rəhbəri Nəzakət Mehdiyeva deyib. O bildirib ki, son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində istifadə olunan tədris proqramlarında təkmilləşdirmələr aparılıb və dövrün tələblərinə uyğunlaşdırılıb:

"Demirəm ki, bütün müəllimlər yeni proqramı öyrənir. Amma böyük əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.

N.Mehdiyeva qeyd edib ki, müəllim olmaq istəyən namizədlərin əsas narazılıqları ildən-ilə sualların çətinləşməsi ilə bağlıdır:

“Bizi düşündürən əsas məsələ müəllim olmaq istəyənlər üçün sualların çətinləşməsi yox, aparılan təhlillər nəticəsində gəlinən qənaətdir. Bu da ondan ibarətdir ki, məktəbə hansı müəllim, yəni hansı öyrənmə prosesini tətbiq edən təhsilverən lazımdır. Dünya standartlarına yaxınlaşırıq və bu prosesə də addım-addım getmək labüddür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar