Moskvaya son 40 ilin  ən güclü qarı   yağır
27 noyabr 2023 13:01 (UTC +04:00)

Moskvaya son 40 ilin ən güclü qarı yağır

Moskva və Moskva vilayətində pis hava şəraiti hökm sürür. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Moskva vilayətinin qubernatoru Vorobyov bildirib ki, orada davam edən qar son 40 ildə Moskva və regionda ən güclü qar yağışına çevrilib.

Vorobyovun sözlərinə görə, yollarda ən çətin vəziyyət Mojaysk, Leninski şəhər dairəsi, Lobne və Podolskdadır. Aylıq yağıntının təxminən 35 faizi bir gündə Moskvaya, təxminən 56 faizi isə Moskva vilayətinə düşüb. Və bir çox ərazilərdə hələ də buzlu yağış yağır.

Təyyarə və qatar reysləri əhəmiyyətli dərəcədə ləngiyir, bəzi reyslər isə tamamilə ləğv edilib.

Bu arada, Rusiya hidrometeorologiya mərkəzi bu həftə Moskva vilayətində real yanvar şaxtaları (-15°C-yə qədər) barədə xəbərdarlıq edir. Moskvada güclü qar yağması səbəbindən taksilərin qiyməti qalxıb. Taksi sürücülərinin dediyi kimi, sürücülərin 60 faizi belə havada küçəyə belə çıxmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5496
avatar

Oxşar yazılar