Məktəblərdə İSTİLİK PROBLEMİ:  Uşaqlar donur...
01 noyabr 2021 12:33 (UTC +04:00)

Məktəblərdə İSTİLİK PROBLEMİ: Uşaqlar donur...

Bu il soyuq havalar ötən illərə nisbətən daha tez düşdü. Hazırda Bakı da daxil olmaqla rayonlarda da kəskin soyuq hava hökm sürür. Hətta bəzi rayonlara qar da yağıb.

Havalar belə soyuq keçsə də, hələ də təhsil müəssisələrinə istilik verilməyib.

Bununla bağlı Lent.az-a çoxsaylı şikayətlər daxil olub.

Şikayətlərə əsasən, paytaxtda və respublikanın şimal və şimal-qərb bölgələrində bir aya yaxındır havaların soyumasına baxmayaraq məktəblərə istilik verilməyib. Valideynlərin dediyinə görə, uşaqlar soyuqdan donur. Nəticədə şagirdlər xəstələnir və bu valideynlərin ciddi narazılığına səbəb olub.

Maraqlıdır bəs, uşaqlar soyuq sinif otaqlarında necə dərs keçirlər? Bu problem nə zaman həllini tapacaq? 

Məsələ ilə bağlı  “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Lent.az-ın sorğusuna cavabında bildirdi ki, onlar məktəb və bağçalarla müqavilə ilə işləyirlər. Müqavilədə isə istiliyin verilmə müddəti 5 aydır. İstiliyin tez verilməsi ilə bağlı isə heç bir müraciət daxil olmayıb. 

Məlum problemlə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də sorğumuza hələlik cavab verilməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5478
avatar

Aytəkin Cəlali

Oxşar yazılar