Məktəbdə YOXLAMA : direktor işdən qovuldu
31 may 2024 11:20 (UTC +04:00)

Məktəbdə YOXLAMA: direktor işdən qovuldu

Mayın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Nəticədə məktəbin direktoru Abdullayev Ələm Abdulla oğlu 31 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4404

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07