Məişət zorakılığı cinayətlərinin STATİSTİKASI
19 may 2026 15:19 (UTC +04:00)

Məişət zorakılığı cinayətlərinin STATİSTİKASI

0

Məişət zorakılığı sahəsində cinayətlərin statistikası açıqlanıb. 

Lent.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 8889 müraciət qeydə alınıb. 

2024-cü ildə bu rəqəm 9014, 2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir. 

Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1202-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi bir fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrum etmə, 19-u digər növlərdir. Ümumilikdə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən 143 cinayət törədilib. Onlar tərəfindən eyni maddə üzrə təkrar hüquqazidd əməl qeydə alınmayıb. 

2025-ci ildə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb, 1413 zərərçəkmiş şəxs (qadın – 1176; kişi – 237) müəyyən edilib. Ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 39 cinayət qeydə alınıb (2024-cü ildə 42 cinayət). 2025-ci ildə qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət qeydə alınmayıb. Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 152 insan alveri, 1 məcburi əmək, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət qeydə alınıb. Cinayətlərdən zərərçəkmiş 46 qurbanın hamısı qadındır. 
2025-ci ildə qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 57 cinayət faktı üzrə 57 qadın zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar