Bakıda və Abşeron yarımadasında noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq.