Külək əsib, yağış yağıb - FAKTİKİ HAVA
15 noyabr 2023 11:42 (UTC +04:00)

Külək əsib, yağış yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-nə olan məlumatına əsasən, gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Şəkidə 6 mm, Qax, Ordubad, Sədərək, Mingəçevir, Goranboy, Gədəbəy, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Ağdam, Balakən, Zaqatala, Oğuz, Ağsu, Xınalıq, Qrız, Şahdağ, Tərtər, Naftalan, Yevlax, Kürdəmirdə 4 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Qobustanda 22 m/s, Şahdağda 20 m/s, Mingəçevirdə 19 m/s, Tərtər, Bərdədə 18 m/s, Gəncədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4920
avatar

Oxşar yazılar