Koronavirusdan 3 nəfər də öldü -  SON STATİSTİKA
02 noyabr 2022 16:32 (UTC +04:00)

Koronavirusdan 3 nəfər də öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, 9 951 nəfər vəfat edib, aktiv xəstə sayı 301 nəfərdir.

Ölkədə son sutka ərzində 2 188, hazırkı dövrədək isə 7 325 464 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115
avatar

Oxşar yazılar