Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 224 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 164 nəfərdir.
Ölkədə son sutka ərzində 3 174, hazırkı dövrədək isə 6 961 028 test aparılıb.