Kənd məktəbi koronavirusa görə bağlandı
22 oktyabr 2021 18:10 (UTC +04:00)

Kənd məktəbi koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb.

Oğuz rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-nın yerli bürosuna bildirib ki, bu səbəbdən dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.

# 11343
avatar

Oxşar yazılar