Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
Lent.az xəbər verir ki, Xaçmaz rayonunda keçirilən növbəti tədbir zamanı Nabranda yerləşən “Kardinal” və “El Faro” istirahət mərkəzlərinin ərazisində tullantıların qalaqlanması və yandırılması aşkar edilib.
Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin istirahət mərkəzlərinin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.