
Karantin cəriməsi olanlar nə vaxt yeni vəsiqə ala bilməz?
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Daxili İşlər Nazirliyi tərəfindən cərimələnən şəxslərin yeni şəxsiyyət vəsiqəsi əldə etməsi ilə bağlıdır.
Bəzi vətəndaşlar sosial şəbəkədə mövzu ilə əlaqədar suallar səsləndirir. Onları xüsusən, karantin qaydalarının pozulması ilə bağlı yazılan cəriməni ödəmədikləri müddətdə yeni şəxsiyyət vəsiqəsi əldə etmələri maraqlandırır.
Rubrikamızın “Cəriməsi olan şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilərmi?” sualına DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən aydınlıq gətirilib. İdarədən bildirilib ki, vətəndaşın cəriməsindən asılı olmadan ona yeni vəsiqə təqdim edilir:
“İstər karantin qaydalarının pozulmasına, istərsə də digər cərimələrə görə vətəndaşlara yeni şəxsiyyət vəsiqəsi verilməsində məhdudiyyət yoxdur. Vətəndaş hətta axtarışda olsa belə o, köhnə şəxsiyyət vəsiqəsini yeniləyə bilər. Yalnız, cəriməni ödəmədiyi halda məhkəmə tərəfindən probasiya xidmətinə müraciət olunduqda, əmlakını müsadirə etmə haqqında qərar verildikdə və digər hallarda şəxsiyyət vəsiqəsi verilməsində məhdudiyyət yaranır”.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33
Faktiki hava belə olub
7 mart 2021 , 13:41
Azərbaycan Ordusunda COVID-19 qarşı peyvənd olunan hərbi qulluqçuların sayı açıqlandı
7 mart 2021 , 12:55