Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə əməliyyatları davam edir.
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, xilasedicələrimiz şəhərin müxtəlif nöqtələrində hələ də axtarış işləri görür. Şəhərin digər istiqamətlərində artıq xilasetmə əməliyyatlarının dayandırıldığı müşahidə olunur.
Bəzi ölkələrin xilasediciləri Türkiyəni tərk edib. Şəhərdə ağır teknikalar dağıntılar altında qalan yaşayış binalarında işləməyə başlayıb.