Jurnalistlərə ev almaq üçün YENİ ŞANS
19 iyun 2023 14:10 (UTC +04:00)

Jurnalistlərə ev almaq üçün YENİ ŞANS

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

MİDA-dan Lent.az-a verilən məlumata görə, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1  saylı "ASAN Kommunal" mərkəzi, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzlərində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

# 2430
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57