"Gəncədə işığı keçirirlər, uzun müddət bərpa etmirlər".
Lent.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə deputat Naqif Həmzəyev deyib.
“Buna görə utanıram. Qonşularımın elektrik avadanlıqları sıradan çıxıb. Hələ qonşularımdan odun peçinə keçmək istəyənlər də var. Çünki işıq yoxdursa, qaz da olmur. Buna Bakıda ciddi nəzarət edilir. Amma Gəncədə, digər regionlarda da bu problem var” - deputat bildirib.