İnsanlara heç vaxt bu məsləhəti  verməyin: psixoloqlar səbəbini  izah edir
01 iyun 2026 14:17 (UTC +04:00)

İnsanlara heç vaxt bu məsləhəti verməyin: psixoloqlar səbəbini izah edir

0

Psixoloqlar çətin vəziyyətlərdə qiymətləndirici fikirlərdən uzaq durmağı və məsləhət verməməyə çalışmağı tövsiyə edirlər.

İnsanlar həyatın ağır dövrlərində bir-birini müxtəlif sözlərlə ruhlandırmağa çalışırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi ifadələr və ya məsləhətlər əksinə, insana zərər verə bilər.

Psixoloqlar “indi ruhdan düşməyin vaxtı deyil”, “özünü ələ al”, “sınıb tökülmək olmaz” kimi ifadələrdən uzaq durmağı məsləhət görürlər. Çünki bu cür sözlər insanın kədər və ya acı hiss etməsinin düzgün olmadığı mesajını verir və emosional vəziyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, daim “özünü güclü göstərmək” sağlam yanaşma deyil. Həyatda həm gərginlik, həm də rahatlama dövrləri olur və bu balansın pozulması psixi sağlamlıq üçün ciddi nəticələr yarada bilər.

Buna görə də çətin anlarda insanın özünə zəif görünməyə və hisslərini yaşamağa icazə verməsi vacibdir. Bu, mənfi emosiyaları bloknota yazmaq, özünə anlayışla yanaşmaq və öz-özü ilə danışmaq kimi üsulları əhatə edə bilər.

Ekspertlər vurğulayırlar ki, insan emosiyalarını təkbaşına yaşamamalı, əksinə, özünü təhlükəsiz hiss etdiyi yaxın insanlarla paylaşmalıdır.

Bundan əlavə, sağlam həyat tərzini də unutmaq olmaz. Müntəzəm fiziki fəaliyyət, düzgün qidalanma və kifayət qədər yuxu həm fiziki, həm də psixi sağlamlığın əsas dayaqları hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar