azərbaycanlı alim Nuran Abdullayev
13 yanvar 2021 16:03 (UTC +04:00)

azərbaycanlı alim Nuran Abdullayev

"İndi 10 adam 14 nəfəri yoluxdura bilər" - alimdən XƏBƏRDARLIQ

"Bu günə olan elmi məlumat odur ki, yeni virus variantları və mutasiyalar xəstəliyin ağır gedişinə səbəb olmur".

Lent.az məlumat verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib. O qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) mutasiyalarına yoluxanlar xəstəliyi digərlərindən ağır keçirmirlər:

"Bunlara görə ölüm sayları da çoxalmayıb. Amma əlimizdə olan elmi statistikalara baxdıqda görsənən budur ki, bu virus variantları və mutasiyalar bu günə qədər olan virusla müqayisədə insanları daha tez yoluxdurur. Məsələn, əvvəl 10 adam 8 nəfəri yoluxdururdusa, indi 10 adam 14 nəfəri yoluxdura bilər və bu virusa xas şəkildə həndəsi silsilə ilə arta bilər. Nəticədə isə ölkələrin səhiyyə sistemləri (xüsusilə vətəndaşın məsuliyyətini çəkən) dekompensasiya olub insanlara keyfiyyətli xidmət göstərməyə bilər ki, bu da ağır nəticələr verə bilər".

N.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda yük yenə dövlətin üzərinə düşür:

"Səhiyyə sisteminin bu istiqamətdə strategiyaları artıq hazır olmalıdır. Ehtiyatı əldən verməli deyilik ki, sonda da əzabını xalq çəkməsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar