İmtahan öncəsi  stressə düşüb   meşəyə qaçdı
18 oktyabr 2023 13:16 (UTC +04:00)

İmtahan öncəsi stressə düşüb meşəyə qaçdı

Honq-Konqda məktəbli imtahanlar öncəsi stress keçirərək meşəyə qaçıb.

Lent.az bildirir ki, xarici KİV-in məlumatına görə, 17 yaşlı Metyu Tsanq oktyabrın əvvəlində günorta saatlarında özü ilə yalnız pul götürərək məktəbi tərk edib. Yeniyetmənin anası o yoxa çıxandan sonra polisə müraciət edib, sosial şəbəkələrdə yazı yazaraq aidiyyatı şəxslərin axtarışa qoşulmasını xahiş edib.

"Biz səni sevirik, fəxr edirik ki, sən bizim oğlumuzsan, lütfən evə gəl, hər şeyin öhdəsindən birlikdə gələcəyik" qadın uşağa müraciət edib.

Xilasetmə qrupu yaradıldıqdan sonra Tsanqın tapılması üçün  axtarış başlayıb. Mütəxəssislər Metyu izləmək üçün öyrədilmiş itlərdən də istifadə ediblər. Nəticədə şagird itkin düşəndən bir həftə sonra çayın yaxınlığındakı kolluqlarda tapılıb.

“Ona isti paltar və enerji içkiləri verdik. Müayinədən sonra qərara gəldik ki, uşağı helikopterlə  xəstəxanaya göndərmək daha yaxşıdır”, - xilasedicilərdən biri bildirib.

Tsanqın anası axtarışda kömək edən hər kəsə təşəkkür edib,  Metyunun iradəsi və dərədən içdiyi su sayəsində sağ qaldığını vurğulayıb. Qadın əlavə edib ki, son vaxtlar oğlu qarşıdan gələn imtahanlarla əlaqədar stress və həddindən artıq təzyiq yaşayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3816
avatar

Oxşar yazılar