I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib -YENİLƏNİB
02 iyun 2024 14:43 (UTC +04:00)

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib -YENİLƏNİB

İmtahan 20 şəhər və rayonda təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan binası, 2657 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

İmtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

***

06:57

 

 

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən Lent.az-a bildirilib ki, I ixtisas qrupu üzrə imtahanda 30058, IV ixtisas qrupu üzrə imtahanda isə 5908 nəfər olmaqla, ümumilikdə 35966 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahan saat 10:00-da başlanacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanın keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 149 bina, 2657 zal ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Oxşar yazılar

Ermənilər Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

13 iyun 2024 , 21:34
Sevindirici PROQNOZ:  Yerin havası tezliklə sərinləşəcək

Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

13 iyun 2024 , 20:15
Dörd bürcün  bütün arzuları   iyunun sonuna qədər gerçəkləşəcək 

Dörd bürcün bütün arzuları iyunun sonuna qədər gerçəkləşəcək 

13 iyun 2024 , 19:03
Sabah üçün tibbi-meteoroloji PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

13 iyun 2024 , 18:41
Yağış, şimşək, dolu   - Bayram günlərinin havası

Yağış, şimşək, dolu - Bayram günlərinin havası

13 iyun 2024 , 16:08
Polisdən "Son Zəng" XƏBƏRDARLIĞI

Polisdən "Son Zəng" XƏBƏRDARLIĞI

13 iyun 2024 , 12:55
Bu azərbaycanlılar Rusiyadan çıxarılır

Bu azərbaycanlılar Rusiyadan çıxarılır

13 iyun 2024 , 12:37
Güclü yağış, dolu, külək  - Sabahın HAVASI

Güclü yağış, dolu, külək - Sabahın HAVASI

13 iyun 2024 , 11:52