Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb.
Lent.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların sayı 100 nəfəri keçib. Bəzi yaşayış məntəqələri ilə əlaqənin olmaması dəqiq statistika aparmağa imkan vermir.
***
04.47
Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60-ı keçib.
Lent.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
***
01.53
Nepalda zəlzələ nəticəsində 24 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.
Kanal rəsmi mənbəyə istinadən xəbər verir ki, daha onlarla insan yaralanıb.
***
23.12
Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.
“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.