Yeni həftə dörd bürcün nümayəndələrini xoş təəccübləndirəcək.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, həyatlarını dəyişdirmək və pis dövrü unutmaq şansı əldə edəcəklər, “qara zolaq” bitəcək.
Buğa
Bu həftə sizə yeni nəsə açmaq imkanı verəcək. Bir anda hər şey dəyişəcək, bütün pisləri unutmaq və bütün mənfi məqamları tarixdən silmək şansınız olacaq.
"Qara zolaq"ın sonu sizə irəliləmək və göydən ulduzları qoparmaq istəyi verəcək.
Xərçəng
Bazar ertəsindən etibarən siz sərhədlər qoymağı öyrənməlisiniz. Heç kimin həyatınıza qarışmasına və düşüncələrinizin axarını dəyişməsinə imkan verməyin.
İstədiyinizi həqiqətən dinləyən birini tapa bilsəniz, o, hər şeyi dəyişdirməyə kömək edə biləcəkdir. Ancaq bunu özünüz həll edə bilərsiniz, taleyi sizə hər şeyi sıfırdan başlamaq imkanı verəcəkdir.
Əqrəb
Sizi inanılmaz bir həftə gözləyir. Çox problemlərin minimum səylə asanlıqla həll oluna biləcəyini anlayacaqsınız. İntuisiyanıza qulaq asın və hərəkət edin.
"Qara zolaq" bitəcək, həyatınızda yeni bir səhifəyə başlamaq, onu sevincli anlarla doldurmaq vaxtıdır.
Tərəzi
Özünüzü yol ayrıcında tapa bilərsiniz. Ancaq heç kim sizin üçün seçim etməyəcək, hər şey öz əlinizdədir.
Xoşbəxtlik və harmoniya axtarışında özünüzə inanmalı və ətrafınızdakı insanlarla möhkəm əlaqələr qurmalısınız. Yanında yeni həyata başlayacağınız həqiqi dostlarla görüşə biləcəksiniz.