Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışa getməməsi ilə bağlıdır.
Maraqlıdır, görəsən, hansı hallarda təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırışa getmir?
Lent.az xəbər verir ki, aşağıdakı hallarda təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırışa getmir:
Sahə həkimi - ailə həkimi tərəfindən planlı müalicə və prosedurların aparılması (inyeksiya,venadaxili infuziya (“sistemin köçürülməsi”), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi
- Stomatoloji yardımın göstərilməsi
- Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi
- Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması
- Vəfat etmiş şəxsin daşınması
- Ev heyvanlarına tibbi yardımın göstərilməsi.