Gəncədə 2024-cü ilin ilk uşağı saat 09.50-də dünyaya gəlib.
Lent.az-ın xəbərinə görə, Gəncə Perinatal Mərkəzində dünyaya gələn ilk uşaq qızdır.
Məlumata görə 01.01.2024-cü il tarixində saat 09-50- doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.
Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Alıyeva Nurlana təbii doğuşla körpəni dünyaya gətirib və bu, ailənin üçüncü övladıdır.
Doğuş həkim akusher gunekoloq Əlizadə Məftunə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.
Fuad Nazimoğlu