Tovuzda itkin düşən azyaşlı qızla bağlı cinayət işi başlanıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Tovuz rayon sakini 13 yaşlı Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S. Kavazov barəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.