Əlilliyi müəyyən edilmiş şəxslər hara müraciət etməlidir? - CAVAB
22 iyul 2024 15:52 (UTC +04:00)

Əlilliyi müəyyən edilmiş şəxslər hara müraciət etməlidir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əlilliyi müəyyən edilmiş şəxslərlə bağlıdır.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Lent.az xəbər verir ki, hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs

xidməti həyata keçirən struktur bölmələr  - DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edə bilər.

Xidmət üzrə daxil olan müraciətlərin formaları:

-şəxsən;
-nümayəndə vasitəsi ilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3354
avatar

Arzu Qurbanlı

Oxşar yazılar