Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır.
Maraqlıdır, görəsən, "çek tapılmadı" xətası hansı hallarda əks olunur?
Lent.az xəbər verir ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.
Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu ola bilər.