Düşündüyünüzdən  daha çox   yaşayacaqsınız: Diqqət etməli olduğunuz  6 əlamət
25 dekabr 2023 00:15 (UTC +04:00)

Düşündüyünüzdən daha çox yaşayacaqsınız: Diqqət etməli olduğunuz 6 əlamət

Bir insanın uzun ömürlü olub-olmayacağını qəti şəkildə müəyyən etmək mümkün deyil, lakin uzunömürlülük meylini göstərən müəyyən əlamətlər var.

Lent.az xarici mediaya istinadla potensial uzunömürlüləri nəyin fərqləndirdiyini izah edir.

Uzunömürlüyün altı əlaməti

Alimlər iddia edirlər ki, ananız sizi 25 yaşından çox olmayanda dünyaya gətiribsə, sizin uzun ömürlü olma şansınız yüksəkdir.

İkincisi, yeniyetməlik dövründə sağlam çəkidə olanların uzun ömür sürmə ehtimalı daha yüksəkdir.

Üçüncüsü, potensial uzunömürlülərə hər gün ən azı 30 dəqiqə yeriyən insanlar daxildir.

Həmçinin tərəvəz yemək (gündə 500-900 qram), pozitiv düşünmək və çoxlu dostluq etmək uzunömürlülük ehtimalını artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11124
avatar

Oxşar yazılar