Duman olacaq, qar yağacaq - SABAHIN HAVASI
14 fevral 2024 12:50 (UTC +04:00)

Duman olacaq, qar yağacaq - SABAHIN HAVASI

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 15-də gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15744
avatar

Arzu Qurbanlı

Oxşar yazılar