Dövlət qulluğuna görə şəxslərə pensiya təyinatı necə aparılır? - CAVAB
28 dekabr 2023 15:32 (UTC +04:00)

Dövlət qulluğuna görə şəxslərə pensiya təyinatı necə aparılır? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu dövlət qulluğuna görə şəxslərə pensiyanın təyinatı ilə bağlıdır.

Maraqlıdır, görəsən, dövlət qulluğuna görə şəxslərə pensiya təyinatı necə aparılır?

Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş azı 15 il dövlət qulluğu stajı olan Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasının üzərinə qulluq stajına görə əlavə almaq hüququ var;

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

- Dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;

- Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununu ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9645
avatar

Arzu Qurbanlı

Oxşar yazılar