DİQQƏT!  – Təhlükə var, "bluetoothing"  üsulu ilə narkomaniya
16 oktyabr 2025 10:57 (UTC +04:00)

DİQQƏT! – Təhlükə var, "bluetoothing" üsulu ilə narkomaniya

0

Son günlərdə Asiya-Sakit okean bölgəsində, daha sonra isə Afrikanın bəzi ölkələrində yayılan yeni bir narkotik istifadəsi üsulu səhiyyə orqanlarını ciddi şəkildə narahat edib. Bu üsul zamanı narkotik istifadəçiləri digər istifadəçilərin qanını özlərinə yeridir. İlk dəfə Ficidə, daha sonra Cənubi Afrikada müşahidə olunan bu hadisə qısa müddətdə HIV epidemiyasına yol açıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər bu “qan paylaşımı” metodunun ağlasığmaz dərəcədə təhlükəli olduğunu bildirir və onun daha geniş yayılmasından ehtiyat edirlər.

Emory Universitetinin professoru Brian Zanoni qeyd edib ki, bu metod xüsusilə yoxsul bölgələrdə yayılıb: “Hədsiz kasıblıq bu vəziyyəti artırıb. İnsanlar ucuz narkotik almaq üçün belə yollara əl atırlar. Əslində, bir doza qiymətinə iki doza əldə etdiklərini düşünürlər.”

Bu üsulda bir neçə asılı şəxs bir şprisi və ya qanı paylaşaraq, narkotik maddəni bir neçə nəfərə “ötürür”. Bu isə HIV və hepatit kimi yoluxucu xəstəliklərin sürətlə yayılmasına şərait yaradır.

UNAIDS rəsmisi bu vəziyyətin həm böyüklər, həm də uşaqlar arasında ölüm hallarını artırdığını deyib: “Təmiz iynəyə çıxışın olmaması, qorunmasız cinsi əlaqələr və indi də ‘bluetoothing’ kimi üsullar virusun yayılmasını sürətləndirir”.

Tədqiqatlara əsasən, bu təhlükəli metod artıq Tanzaniya, Cənubi Afrika və Pakistan kimi ölkələrdə də genişlənib. Cənubi Afrikada aparılan bir araşdırmada narkotik istifadəçilərinin təxminən 18%-i qan paylaşımı üsulundan istifadə etdiyini etiraf edib.

Mütəxəssislər bildirirlər ki, bu üsul təkcə virusların yayılması ilə deyil, həm də uyğunsuz qan qruplarının qarışdırılması səbəbindən ölümcül fəsadlarla nəticələnə bilər. Professor Zanoni qeyd edib: “HIV-ə yoluxmuş bir şəxsdən alınan hər damla qanda on minlərlə virus hissəciyi olur. Bu, az öyrənilmiş, amma çox yüksək riskli bir praktikadır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar