Diqqət! : Bu ballar saxtadır –RƏSMİ
26 aprel 2021 13:18 (UTC +04:00)

Diqqət!: Bu ballar saxtadır –RƏSMİ

“Big.X-Trade” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən “GolRang” əmtəə nişanlı, ümumi çəkisi 12005 kq (1450 ədəd şüşə qablaşdırmada) bal məhsuluna baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, qurumun institutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə saxarozanın miqdarının və hidroksimetilfurfurolun kütlə payının normadan artıq olduğu və diastaza ədədinin olmaması aşkarlanıb.

İdxal olunan məhsulun istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

 

# 2364
avatar

Nigar Adil

Oxşar yazılar