Deputatdan XƏBƏRDARLIQ:  "Ərzaq qıtlığına   hazırlaşmalıyıq"
02 noyabr 2023 14:05 (UTC +04:00)

Deputatdan XƏBƏRDARLIQ: "Ərzaq qıtlığına hazırlaşmalıyıq"

Böyük Qayıdış üçün 4 milyard manat nəzərdə tutulur. Yükü yalnız dövlətmi götürəcək, ya ora köçən insanlara da hər hansı yük həvalə olunacaq?

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, hər bir şeyin dövlətin üzərinə qoyulması doğru deyil: “Tərtər hadisələrinə görə dövlətin üzərinə vəsait qoyulub və bunu Maliyyə Nazirliyi ödəməlidir. Niyə? Bu hadisəni törədənlər bu xərci ödəməlidir”.

Deputat bildirib ki, əhalini su qıtlığı, ərzaq qıtlığı ilə bağlı məsələyə hazırlamaq lazımdır: “Biz mütləq sığınacaqlar məsələsinə də baxmalıyıq. Bu gün İsrail və Fələstin arasında müharibə gündəmdədir, hava bombaları atılır. Biz bundan sığortalanmamışıq. Ona görə sığınacaq məsələsinə baxmalıyıq. Yeni tikililərdə, köhnə tikililərdə zirzəmilərə su yığılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14043
avatar

Oxşar yazılar