Dələduz "makler"lərlə bağlı XƏBƏRDARLIQ   - "ödəniş etməsinlər..."
13 sentyabr 2021 13:01 (UTC +04:00)

Dələduz "makler"lərlə bağlı XƏBƏRDARLIQ - "ödəniş etməsinlər..."

Daxili İşlər Nazirliyi növbəti dələduzluq üsulu ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Lent.az-a bildirilib ki, bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar: 

“Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər. Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər.

Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Mehman Nəbiyev

Oxşar yazılar