Masallıda 2 nəfərin öldüyü  qəzanın SƏBƏBİ - YENİLƏNİB
01 oktyabr 2026 09:46 (UTC +04:00)

Masallıda 2 nəfərin öldüyü qəzanın SƏBƏBİ - YENİLƏNİB

0

Baş Dövlət Yol Polisi İdarəsi Masallıdakı ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən xəbərdə bildirilir ki, ilkin ehtimala görə hadisəyə səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır fəsadlara səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi iki gəncin faciəsi ilə nəticələnən bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır.

***
08:56

Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü, 43 yaşlı Eminağa Həşimov və avtomobildə olan sərnişin, 33 yaşlı Elvin İbrahimov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar