Dünən saat 20:50-də 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Həmçinin AQTA-dan bildirilib ki, Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Agentlik tərəfindən araşdırma aparılır.
Qeyd olunub ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
00:57
Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.
***
23:33
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinaədn xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.
Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.