Dəhşətli istilər bu ölkədə 150-dən çox adamı  öldürdü
21 iyun 2024 15:20 (UTC +04:00)

Dəhşətli istilər bu ölkədə 150-dən çox adamı öldürdü

Meksikada ilin əvvəlindən təsirli olan istilər nəticəsində ölənlərin sayı 155-ə yüksəlib.

Lent.az bildirir ki, Meksika mətbuatında yer alan xəbərə görə, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.

2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb, əksəriyyəti Verakruzdadır.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Katibliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.

Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi proqnozlaşdılırır.

Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin sürətlə artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3651
avatar

Oxşar yazılar