Daşkəsənə qar yağır  - Faktiki HAVA
06 may 2026 15:43 (UTC +04:00)

Daşkəsənə qar yağır - Faktiki HAVA

0

Mayın 6-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar